73c7e989-d460-4d23-82d3-ccb9d5eed775..jpg

Şuşada ekofəallar şüarlar səsləndirdilər – YENİLƏNİB + FOTO

Baxış sayı: 586 dəfə baxılıb.

Şuşada ekofəallar şüarlar səsləndirdilər – YENİLƏNİB + FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz
istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 117 gündür
davam edir.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq
qalır. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya
ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan vahiddir, sərvətinə
sahibdir!”, “Ekoloji cinayətlərə son!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər.

14:27

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına və
Beynəlxalq Qırmız Xaç Komitəsinə məxsus avtomobillərin hərəkət etməsinə növbəti
dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, ümumilikdə 8 BQXK və 66 sülhməramlılara məxsus avtomobil ərazidən
keçib.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən
Rusiya sülhməramlılarına və BQXK-ya məxsus avtomobillərin sayı 74-ə çatıb.

08:22

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının
qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 117
gündür davam edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları
ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl
olunub və heç bir insident qeydə alınmayıb.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin
səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən
üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb,
şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq
qalır.
Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini
ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə
son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya
sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası
azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT)
üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması
tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.


Source link