96a0cd02-d38d-4996-8a67-a738369a09b4..jpg

Şuşada I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçiriləcək

Baxış sayı: 457 dəfə baxılıb.

Şuşada I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 31-dən noyabrın 4-dək Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr
Festivalı keçiriləcək.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, festival Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının
mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının
yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə
gerçəkləşəcək.

Festivalda TÜRKSOY-a üzv ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram
Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı,
Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı
və Türkmənistandan Məhdimqulu adına Dövlət Musiqili Dram Teatrının
kollektivləri iştirak edəcəklər.

Festivalda, həmçinin, türk dünyasının tanınmış teatr mütəxəssisləri, səhnə
xadimləri bir araya gələcək, qardaş ölkələrdə bu sahənin inkişaf məsələlərini
müzakirə edəcəklər.

Beynəlxalq tədbir çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları
rəhbərləri şurasının 9-cu toplantısının da keçirilməsi planlaşdırılır.

Source link