aa576da6-075f-4f09-bc68-f55c5b19291f..jpg

Şuşada I Türk Dünyası Mədəniyyət Forumu keçirilir – FOTO

Baxış sayı: 594 dəfə baxılıb.

Şuşada I Türk Dünyası Mədəniyyət Forumu keçirilir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı, qədim söz-sənət
beşiklərimizdən olan Şuşa şəhəri növbəti beynəlxalq tədbirə ev sahibliyi edir.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 13-14 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə şəhərdə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi
münasibətilə I Türk Dünyası Mədəniyyət Forumu keçirilir.

Oktyabrın 13-də forum iştirakçıları və qonaqlar Şuşa Yaradıcılıq Mərkəzini
ziyarət edərək “Heydər Əliyev və Qarabağ” adlı sərgi ilə tanış olublar.

Sərgidə ulu öndər Heydər Əliyevin sovet dövründə Azərbaycanın Qarabağ
bölgəsində sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətlərində
xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar
nümayiş olunur. Həmçinin, sərgidə ümummilli liderin Qarabağa səfərləri, burada
keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotoları da yer alır.

Daha sonra forum iştirakçıları şəhərdəki Saatlı məscidinə baş çəkiblər.
Qonaqlara məscidin tarixi barədə məlumat verilib. Bildirilib ki, Şuşanın Saatlı
məhəlləsində yerləşən eyniadlı məscid ölkə əhəmiyyətli memarlıq abidəsi kimi
dövlət qeydiyyatına alınıb. Saatlı məscidi Qarabağda bir neçə monumental dini
və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri,
Ağdamda Cümə məscidi və Bərdə İmamzadə türbəsinin memarı olan Kərbəlayı Səfixan
Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa olunub.

Saatlı məscidində sonuncu dəfə ötən əsrin 80-ci illərində təmir-bərpa işləri
aparılıb. 1992-ci il mayın 8-də Şuşa Ermənistan tərəfindən işğal olunduqdan
sonra Saatlı məscidi talan edilmiş, minarəsi dağıdılmışdı. Şəhər müzəffər
Azərbaycan Ordusu tərəfindən azad olunandan sonra məsciddə bərpa işləri
aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri
zamanı Saatlı məscidinə də baş çəkib. Dövlət başçısı məscidə Məkkədən
gətirilmiş Qurani-Kərim hədiyyə edib.

Source link