773a2b75-7a77-476a-83fb-4e4d74804b76..jpg

Şuşada İƏT-in Nazirlər Şurasının 27-ci iclası keçirilib, Bəyannamə qəbul olunub – YENİLƏNİB + FOTO

Baxış sayı: 517 dəfə baxılıb.

Şuşada İƏT-in Nazirlər Şurasının 27-ci iclası keçirilib, Bəyannamə qəbul
olunub – YENİLƏNİB + FOTO

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində Şuşa
şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir.

Qeyd olunur ki, iclas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
tərəfindən Azərbaycan Prezidentiİlham Əliyevin iclas iştirakçılarına
müraciətinin oxunması ilə öz işinə başlayıb.

Ölkə başçısının müraciətində postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq
perspektivləri öz əksini tapıb. Müraciətdə, həmçinin, ölkəmizin təşəbbüsü ilə
İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” olaraq müəyyən
edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu
istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan
azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılmasının qeyd olunan
istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb.

İƏT-in sədri qismində açılış nitqində nazir Ceyhun Bayramov “Yaşıl keçid və
qarşılıqlı əlaqəlilik” mövzusuna əsaslanan sədrliyimiz dövründə tərəfimizdən
irəli sürülən təşəbbüslərə göstərilən dəstək və aktiv iştirakçılığa görə
təşəkkürünü ifadə edib. “İƏT baxışı – 2025” sənədində də əks olunmuş regional
bağlantıların inkişafı, iqtisadi transformasiya, yaşıl enerji kimi
prioritetlərin bundan sonra da irəlilədəcəyinə dair inamını ifadə edib.

Daha sonra milli səviyyədə çıxış edən nazir Ceyhun Bayramov İƏT-ə sədrliyimiz
dövründə təşkilatın digər regional və beynəlxalq platformalarla əməkdaşlığının
gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri məmnunluqla qeyd
edib. Bundan sonra da müxtəlif sahələr üzrə əməkdaşlığın gücləndirilməsində
maraqlı olduğumuz, bu xüsusda təşkilatın iki ixtisaslaşdırılmış qurumuna – İƏT
Enerji Mərkəzi və İƏT Tədqiqat Mərkəzinə – ev sahibliyi etməyimizin müvafiq
sahələr üzrə əməkdaşlığa verdiyimiz töhfənin göstəricisi olduğu bildirilib.

Bölgədə mövcud vəziyyət və postmünaqişə dövrünün reallıqları barədə
iştirakçılara məlumat verən nazir Ceyhun Bayramov ölkəmizin hər zaman regional
sülh və təhlükəsizliyə hədə törədən qeyri-qanuni erməni silahlı qüvvələrinin
bölgədə mövcudluğuna beynəlxalq diqqəti çəkmək üçün səy göstərdiyini qeyd edib.
Bölgədə sülh və reinteqrasiya proseslərini təhdid edən qanunsuz erməni silahlı
qüvvələrinin təxribatlarına, mina təhdidini davam etdirməsinə və mövcudluğuna
son qoyan lokal antiterror tədbirlərindən bəhs edən nazir Ceyhun Bayramov bu
tədbirlərin nəticəsində xüsusilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin
reinteqrasiyası prosesinin intensivləşdiyini diqqətə çatdırıb. Hazırda yerli
erməni sakinlərin iqtisadi, sosial, humanitar ehtiyaclarının qarşılanması
istiqamətində işçi qrupunun yaradılmasının, aidiyyəti üzrə tədbirlərin
görülməsinin və Azərbaycan Hökumətinin nümayəndəsi ilə həmin sakinlərin
nümayəndələri arasında dialoqun davam etdirilməsinin bölgədə guya “etnik
təmizləmə” aparılması ilə bağlı iddiaların əsassız olduğunu bir daha sübut
etdiyi vurğulanıb. Bu xüsusda, Azərbaycanın bölgədə sülh və reinteqrasiya üçün
yaranmış tarixi fürsətin əldən verilməməsi, Azərbaycan və Ermənistan arasında
normallaşma gündəliyi, habelə ərazilərimizdə yaşayan erməni sakinlərin
reinteqrasiyası prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb.

Daha sonra iclas üzv və müşahidəçi ölkələrin, beynəlxalq tərəfdaşlar və İƏT-in
ixtisaslaşmış qurumlarının nümayəndələrinin bəyanatları, İƏT çərçivəsində
regional əməkdaşlığın gələcək inkişafı ilə bağlı təşəbbüs və təkliflər, habelə
iclasın gündəliyində duran digər məsələlərin müzakirəsi ilə davam edib.

İclas zamanı, həmçinin, özündə Azərbaycan Respublikasının Şərqi Zəngəzur
iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və
kommunikasiyaların açılması istiqamətində görülən işlər, xüsusilə bu
istiqamətdə Azərbaycan və İran arasında yeni dəmir yolunun inşasını nəzərdə
tutan 6 oktyabr 2023-cü il tarixli niyyət protokolu və keçirilən təməlqoyma
mərasimi barədə məlumatın da əks olunduğu İƏT bölgəsində “Yaşıl keçid və
qarşılıqlı əlaqəlilik” üzrə Şuşa Bəyannaməsi qəbul olunub.

Sonda iclasın yekunlarına dair gələcək regional əməkdaşlığın gələcək
addımlarını müəyyən edən bəyanat qəbul olunub, habelə Azərbaycanda təsis
olunmasına qərar verilən İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsi Türkiyə
tərəfindən imzalanıb.

Daha sonra Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və
İƏT baş katibi Xusrav Noziri iclasın yekunları ilə bağlı mətbuata bəyanatlarla
çıxış ediblər.

Mətbuat konfransında çıxış edən nazir Ceyhun Bayramov İƏT-ə sədrliyimizin ən
önəmli tədbiri olan Nazirlər Şurasının 27-ci iclasının Azərbaycanın tarixi
şəhəri, o cümlədən İƏT-in Turizm Paytaxtı Şuşada keçirilməsinin simvolik
əhəmiyyət daşıdığını qeyd edib. İclas çərçivəsində qəbul olunmuş Şuşa
Bəyannaməsinin İƏT çərçivəsində əməkdaşlığın inkişafına töhfə verəcəyinə dair
inam ifadə olunub.

15:13

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində oktyabrın 10-da
Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilir.

“Report” xəbər verir ki, əvvəlcə xarici işlər naziri Ceyhun Bayramov
Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz
əksini tapıb. Həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl
keçid və qarşılıqlı əlaqəlilik” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın
milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı
diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdə “yaşıl
enerji” zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin
təcəssümü olduğu vurğulanıb.

İƏT-in sədri qismində açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov
Azərbaycanın “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” mövzusuna əsaslanan
sədrliyi dövründə ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslərə göstərilən
dəstəyə və fəal iştirakçılığa görə təşəkkürünü bildirib. O, eyni zamanda, “İƏT
Baxışı – 2025” sənədində də əks olunmuş regional bağlantıların inkişafı,
iqtisadi transformasiya, “yaşıl enerji” kimi prioritetlərin bundan sonra da
irəlilədəcəyinə inamını ifadə edib.

Daha sonra milli səviyyədə çıxış edən nazir ölkəmizin İƏT-ə sədrliyi dövründə
Təşkilatın digər regional və beynəlxalq platformalarla əməkdaşlığının
gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri qeyd edib.
Ölkəmizin müxtəlif sahələr üzrə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğu,
bu xüsusda Təşkilatın ixtisaslaşdırılmış iki qurumuna – İƏT Enerji Mərkəzi və
İƏT Tədqiqat Mərkəzinə ev sahibliyi etməsinin müvafiq sahələr üzrə əməkdaşlığa
verilən töhfənin göstəricisi olduğu bildirilib.

Bölgədə mövcud vəziyyət və postmünaqişə dövrünün reallıqları barədə danışan
nazir Ceyhun Bayramov Azərbaycanın hər zaman regional sülh və təhlükəsizliyə
təhdid yaradan qeyri-qanuni erməni silahlı qüvvələrinin bölgədə mövcudluğuna
beynəlxalq diqqəti çəkmək üçün səy göstərdiyini vurğulayıb. Bölgədə sülh və
reinteqrasiya proseslərini təhdid edən qanunsuz erməni silahlı qüvvələrinin
təxribatlarına, mina təhdidini davam etdirməsinə və mövcudluğuna son qoyan
lokal antiterror tədbirlərindən bəhs edən Ceyhun Bayramov bu tədbirlər
nəticəsində xüsusilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin
reinteqrasiyası prosesinin intensivləşdiyini diqqətə çatdırıb. Hazırda yerli
erməni sakinlərin iqtisadi, sosial, humanitar ehtiyaclarının qarşılanması
istiqamətində işçi qrupunun yaradılmasının, aidiyyəti üzrə tədbirlərin
görülməsinin və Azərbaycan Hökumətinin nümayəndəsi ilə həmin sakinlərin
nümayəndələri arasında dialoqun davam etdirilməsinin bölgədə guya “etnik
təmizləmə” aparılması ilə bağlı iddiaların əsassız olduğunu bir daha sübut
etdiyi vurğulanıb. Bu xüsusda, Azərbaycanın bölgədə sülh və reinteqrasiya üçün
yaranmış tarixi fürsətin əldən verilməməsi, Azərbaycan və Ermənistan arasında
normallaşma gündəliyi, habelə ərazilərimizdə yaşayan erməni sakinlərin
reinteqrasiyası prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb.

İclas üzv və müşahidəçi ölkələrin, beynəlxalq tərəfdaşlar və İƏT-in
ixtisaslaşmış qurumlarının nümayəndələrinin bəyanatları, İƏT çərçivəsində
regional əməkdaşlığın gələcək inkişafı ilə bağlı təşəbbüs və təkliflərin,
habelə iclasın gündəliyində duran digər məsələlərin müzakirəsi ilə davam edir.

13:30

Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər
Şurasının 27-ci iclası başlayıb.

“Report” xəbər verir ki, toplantıda Azərbaycan xarici işlər naziri Ceyhun
Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Tacikistanın xarici işlər
naziri Sirojiddin Muhriddin, İran xarici işlər nazirinin müavini Mehdi Səfəri
və təşkilata üzv olan digər dövlətlərin xarici siyasət idarələrinin rəhbərləri
və təmsilçiləri iştirak edirlər.

Bundan başqa, Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin
Ertuğruloğlu müşahidəçi qismində tədbirdə iştirak edir.

İclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və
onun nəticələri qiymətləndirilir, təşkilatın gündəliyində duran cari məsələlər
müzakirə olunur.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Əfqanıstan, İran,
Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və
Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur.
Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür.

Source link