2a5513db-652d-4ae4-8f22-b8cd362eee6b..jpg

Şuşada ilk beynəlxalq uşaq rəqs festivalı keçiriləcək

Baxış sayı: 636 dəfə baxılıb.

Şuşada ilk beynəlxalq uşaq rəqs festivalı keçiriləcək

İyunun 1-də “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı
beynəlxalq uşaq rəqs festivalı keçiriləcək.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Türkdilli dövlətlərin uşaq rəqs qrupları arasında keçirilən festival Elm və
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şuşada baş tutacaq.

Beynəlxalq rəqs festivalının təşkilində məqsəd uşaq və gəncləri dünyaşöhrətli
siyasətçi Heydər Əliyevin türk dünyası ilə bağlı gördüyü işlər haqqında
məlumatlandırmaq, türkdilli dövlətlərin gənc nəslinə ölkəmizi tanıtmaq,
uşaqları bir-birlərinin milli adət-ənənələri ilə tanış etmək, onlara öz
ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq,
eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini iştirakçılara tanıtmaqdan
ibarətdir.

Festivalda 150-yə yaxın məktəblinin müxtəlif rəqs nömrələri ilə səhnədə
çıxışları olacaq, tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları,
300-ə yaxın məktəbli isə tamaşaçı qismində iştirak edəcək.

Layihə çərçivəsində festival iştirakçıları 28 may – 3 iyun tarixlərində Bakı
və Şuşa şəhərlərində təşkil edilən ekskursiyalarda da iştirak edəcək, ölkəmizin
zəngin təbiəti, tarixi-memarlıq abidələri, quruculuq işləri ilə yaxından tanış
olacaqlar.

Source link