Şuşada İslam Dünyasının Mədəniyyət Forumu keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan
edilməsi ilə bağlı silsilə tədbirlər keçiriləcək.
Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam
dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda
əksini tapıb.
İl ərzində keçiriləcək tədbirlərin siyahısı aşağıdakı kimidir:
– Şuşada İslam Dünyasının Mədəniyyət Forumu;
– Şuşada İslam Əməkdaşlığı Təşkilatının mədəni irsin mühafizəsinə həsr olunmuş
beynəlxalq konfransının keçirilməsi;
– “İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irs nümunələri”
mövzusunda dəyirmi masa və sərginin keçirilməsi;
– “İslam Əməkdaşlığı Təşkilatı Ölkələrinin İqtisadiyyatı” kitabının təqdimat
mərasiminin təşkili;
– “Şuşa – İslam Dünyasının Mədəniyyət paytaxtı 2024” poçt markasının və
müvafiq internet resurslarının təqdimatı;
– Şuşanın və İslam ölkələrinin mədəni irsini əyani nümayiş etdirmək məqsədilə
lentə alınmış, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin
kosmosdan çəkilmiş təsvirlərindən ibarət sərgilərin təşkili.