d23f3925-f6a2-46e0-89ba-1e69cf8a10f1..jpg

Şuşada Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin ilk təsis konfransı keçirilib – YENİLƏNİB + FOTO

Baxış sayı: 316 dəfə baxılıb.

Şuşada Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin ilk təsis konfransı
keçirilib – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şuşa 2023-cü il Türk Dünyasının Mədəniyyət paytaxtı ili” nin bağlanış
mərasimi çərçivəsində Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin ilk təsis
konfransı keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil
Kərimli, Türkmənistanın Mədəniyyət naziri Atageldi Şamuradov, Eskişehir
(Türkiyə), Bursa (Türkiyə), Türkistan (Qazaxıstan), Oş (Qırğızıstan), Anev
(Türkmənistan) və digər şəhər və vilayətlərin vali və məsul şəxsləri iştirak
ediblər.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın
Kərimov ilk dəfə olaraq məhz tarixi, 2023-cü il Türk Dünyasının Mədəniyyət
paytaxtı seçilmiş Şuşa şəhərində Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin
təsis konfransının keçirilməsini mühüm hadisə adlandırmış və imzalanacaq birgə
sənədin türk dünyası üçün xüsusi əhəmiyyət daşıyacağını diqqətə çatdırılıb.

Təsis konfransının açılış nitqlərindən sonra TÜRKSOY tərəfindən Türk Dünyası
Mədəniyyət Paytaxtı seçilən şəhərlərin sosial, mədəni iqtisadi inkişafına töhfə
vermək və bu şəhərlərin beynəlxalq aləmdə tanıdılması, turizm potensialının
inkişaf etdirilməsi məqsədi ilə Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin
(TÜRKBİR) birgə bəyanat sənədi imzalanıb.

Sonda TÜRKBİR-in üzv rəhbərlərinin yekdil səs çoxluğu ilə Bursa Büyükşehir
Belediye Başkanı Alinur Aktaş quruma sədr seçilmişdir.

Məlumat üçün bildirək ki, TÜRKSOY Daimi Şurasının 2022-ci ilin 5 noyabr
tarixində Türkiyə Respublikasının Bursa şəhərində keçirilən 39-cu iclasında
əldə edilmiş razılığa əsasən, Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin
təsis edilməsi ilə bağlı yerli icra orqanlarının ilk hazırlıq iclası cari ilin
30 iyun tarixində Türkmənistanın Arkadağ şəhərində keçirilib. Sözügedən iclasda
Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis və ilk iclaslarının Şuşa
şəhərində keçirilməsi təklif edilib.

12:08

Şuşa şəhərində Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransı
keçirilir.

“Report” xəbər verir ki, tədbirdə Eskişehir (Türkiyə), Şəki (Azərbaycan),
Türküstan (Qazaxıstan), Kastamonu (Türkiyə), Oş (Qırğızıstan), Bursa (Türkiyə),
Şuşa (Azərbaycan) və Anev (Türkmənistan) şəhərlərinin rəsmi nümayəndələri
iştirak edirlər.

Source link