Şuşada türk dünyası memarlarının simpoziumu keçirilir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Noyabrın 24-də Şuşada türk dünyası memarlarının simpoziumu keçirilir.
AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində
təşkil olunan tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan
və Macarıstandan olan 60-a yaxın memar Şuşada aparılan və nəzərdə tutulan
tarixi memarlıq abidələrinin bərpası, konservasiyası, tarixi mühitin
abadlaşdırılması mövzularında müzakirələr aparacaq, təqdimatla çıxış edəcəklər.
İki gün davam edəcək simpozium zamanı “Qoruq idarəetməsində və icma ilə işdə
problemlər, çağırışlar və yeniliklər”, “Tarixi şəhərlərin regenerasiya
siyasətləri və sənədləri”, “Abidə və qoruq şəhərlərin qorunma qanunvericiliyi”,
“Tarixi şəhərlərin iqtisadi və turistik imkanları və çağırışları”, “Tarixi
şəhər mühitinin qorunması və müasir tələblərə adaptasiyası” və digər mövzular
ətrafında panel müzakirələri aparılacaq.
Simpozium öz işinə noyabrın 25-də yekun vuracaq.