616799f9-2a49-448e-91b2-a22164d96522..jpg

Şuşada türk dünyası xalqlarının kulinariya günləri keçiriləcək

Baxış sayı: 731 dəfə baxılıb.

Şuşada türk dünyası xalqlarının kulinariya günləri keçiriləcək

Bu il Şuşada türk dünyası xalqlarının adət və ənənələrini özündə əks etdirən
tədbirlər təşkil ediləcək.

“Report” xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa
şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi
ilə bağlı Tədbirlər Planında yer alıb.

Həmçinin türk dünyası xalqlarına məxsus qədim idman növlərinin nümayiş
etdirilməsi, türk dünyası xalqlarının kulinariya günlərinin keçirilməsi, türk
dünyası dövlətlərinin aktiv və mədəni turizm sahəsində səyahətçi, bloqer və
digər şəxslərin Şuşaya səfərlərinin təşkili planlaşdırılır.

Eyni zamanda il ərzində “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili
çərçivəsində beynəlxalq konfrans, elmi seminar və digər tədbirlərin
keçiriləcək. “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və
gələcəyə baxış”, “Əhməd bəy Ağaoğlu və Türk dünyası”, “Şuşa Türk dünyası
tarixində” mövzusunda beynəlxalq konfransların keçirilməsi, “Orta əsr
mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi
seminarın keçirilməsi, “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı olacaq.

Tədbirlərin icraçı orqanları Gənclər və İdman Nazirliyi, Dövlət Turizm
Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər
Akademiyası, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Xarici İşlər
Nazirliyidir.

Source link