Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq
konfrans işə başlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq
elmi konfrans keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Turizm Agentliyi ilə Türk
Dövlətləri Təşkilatı (TDT) tərəfindən birgə təşkil olunan tədbirin məqsədi
türkdilli dövlətlərin ortaq turizm məhsulları və marşrutlarının yaradılması
istiqamətində fikir mübadiləsi aparılması, bu sahədə əməkdaşlıq
perspektivlərinin müzakirə olunmasıdır.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın rəsmi qurumlarının
təmsilçiləri, mədəni irs üzrə ekspertləri iştirak edirlər.
Konfransda TDT üzv ölkələrin nümayəndələrinin “Türkdilli ölkələrin köçəri
həyat tərzinin turizm məhsuluna çevrilməsi” mövzusunda müzakirə və təqdimatları
olacaq.