efa478ac-f933-4760-b956-2c2f1c8ab99d..jpg

Şuşada TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi keçirilir

Baxış sayı: 627 dəfə baxılıb.

Şuşada TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu
iclasının bağlanış mərasimi keçirilir

Şuşa şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu
iclasının bağlanış mərasimi keçirilir.

“Report” xəbər verir ki, tədbirdə UNESCO üzrə 10 Afrika ölkəsinin Milli
Komissiyalarının Baş katibləri iştirak edirlər.

Mərasimdə iclasın yekun bəyanatı səsləndiriləcək.

Qeyd edək ki, aprelin 7-də ADA Universitetində TÜRKSOY-a üzv ölkələrin UNESCO
üzrə Milli Komissiyalarının 9-cu iclasının açılış mərasimi keçirilib. Tədbirdə
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov videomüraciət edib.

Tədbirdən sonra qonaqlar Şuşa şəhəri ilə yaxından tanış olacaq, “Qarabağ”
Muğam qrupunun ifasında konsert proqramı təşkil ediləcək.

Source link