45f68051-ea90-4ec9-bd05-c12e9dd6bfe7..jpg

Şuşada yollar qardan təmizlənib, avtomobillərin hərəkəti tam bərpa olunub – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 919 dəfə baxılıb.

Şuşada yollar qardan təmizlənib, avtomobillərin hərəkəti tam bərpa olunub –
YENİLƏNİB + FOTO/VİDEO

Şuşa şəhərin qarın yağması ilə əlaqədar yollarda yaranan çətinliklər aradan
qaldırılıb.

“Report” xəbər verir ki, şəhərin küçələrinin avtomobil yollarında nəqliyyat
vasitələrinin normal hərəkəti üçün tədbirlər görülüb.

Aidiyyəti qurumlar tərəfindən yollara qum və duz səpilib. Bundan başqa, xüsusi
texnikalar vasitəsilə yollar qardan təmizlənib.

Avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti tam bərpa olunub.

Qar səbəbindən elektrik və su təchizatında isə heç bir problem yaşanmayıb.

Qeyd edək ki, ötən gecədən başlayaraq Şuşa şəhərinə qar yağır.

10:15

Şuşa şəhərində qar yağmaqda davam edir.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırda şəhər
ərazisində qar örtüyünün hündürlüyü təxminən 9-10 sm-ə çatıb.

Qarın yağmağına baxmayaraq, yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb.

Aidiyyəti qurum əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri
aparılır, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədilə tədbirlər görülür.


Source link