Şuşadakı məscidlərin bərpası nə zaman başa çatacaq? – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Şuşanın infrastrukturunun qurulması prosesi sürətlə davam edir. Aşağı Gövhər
Ağa və Mamayı məscidlərinin bərpası gələn il başa çatacaq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa
rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
Şuşada yeni böyük məscidin inşasının planlaşdırıldığını diqqətə çatdıran Aydın
Kərimov 2024-cü ildə, həmçinin Daşaltı kəndində məscidin istifadəyə
veriləcəyini, artıq tikinti işlərinin aparıldığını qeyd edib.
“Yuxarı Gövhər Ağa və Saatlı məscidləri artıq tam bərpa olunub və
istifadədədir. Təqribən 7-8 məscid var ki, onlar tam dağılmış vəziyyətdədir.
Vaxtilə Şuşada hər məhəllənin öz məscidi olub. Simpoziumun keçirilməsində də
məqsəd daşı-daş üstə qalmayan abidələrin, məscidlərin bərpasında və yenidən
qurumasında beynəlxalq təcrübədən faydalanmaqdır”, – deyə Adın Kərimov
vurğulayıb.