Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq,
mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək”.
Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat
katibi İbrahim Mirzəyev “Xəzər Xəbər”ə bildirib.
Komitə rəsmisi həmçinin bildirib ki, ilin sonunadək 20 min keçmiş məcburi
köçkünün doğma yurduna qayıdışı planlaşdırılıb.
Doğma yurda dönənlərin hər biri ailə tərkibinə uyğun olaraq mənzillə təmin
edilir. Evlərin bölgüsü hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun
püşkatma yolu ilə aparılır.
Ətraflı süjetdə: