Şuşanın bərpa olunan mərkəzi küçəsinin təhvil veriləcəyi vaxt açıqlanıb
“Şuşada hazırda bərpa olunan mərkəzi küçə gələn ilin ortasında təhvil
veriləcək”.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi
nümayəndəsi Aydın Kərimov Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda
deyib.
“Şuşa tarixi qoruq statusu daşıyır. Şəhərdə yaşayış sahələrində böyükhəcmli
yaşıllıq ərazilər olacaq”, – o deyib.