Şuşanın Turşsu qəsəbəsinə sakinlərin köçürüləcəyi tarix AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Media nümayəndələri bir neçə gün əvvəl Prezident İlham Əliyevin təməlini
qoyduğu Şuşa rayonunun Turşsu qəsəbəsində olublar.
APA-nın Qarabağ bürosu xəbər verir ki, qəsəbə barədə media nümayəndələrinə
məlumat verilib.
Layihə rəhbəri Elnur Abdullayev bildirib ki, ilkin mərhələdə qəsəbəyə 50 ailə
və ya 202 nəfər köçürüləcək.
“Şuşa rayon inzibati ərazisinə daxil olan Turşsu qəsəbəsi dəniz səviyyəsindən
1938 metr yüksəklikdə, Şuşa-Laçın yolunun 16-cı kilometrliyində yerləşir.
Qəsəbə ərazisində 353 ev tikintisi nəzərdə tutulub. İlkin olaraq 50 ailənin
köçürülməsi planlaşdırılır. Oktyabr ayının sonunda 50 ailə üçün nəzərdə tutulan
evin tikintisi başa çatacaq. Noyabr ayının əvvəllərində isə 50 ailə olmaqla 202
nəfərdən ibarət sakinlərin köçü planlaşdırılıb. Ailə saylarına, tərkiblərinə
uyğun olaraq otaqların bölgü məsələləri həllin tapmışdır. İlkin mərhələdə kənd
ərazisində, 3 ədəd 2 otaqlı, 29 ədəd 3 otaqlı, 12 ədəd 4 otaqlı, 6 ədəd 5
otaqlı evlərin tikintisi nəzərdə tutulub”, – o deyib.