53f30afe-80dc-48fb-bd4d-a0f73e2f0115..jpg

Şuşaya gedən Zəfər yolu turizm marşrutuna çevrilir

Baxış sayı: 359 dəfə baxılıb.

Şuşaya gedən Zəfər yolu turizm marşrutuna çevrilir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Füzuli rayonundan keçərək Şuşaya gedən Zəfər yolu turizm marşrutuna çevrilir”.

Cixisyolu.com-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və
regional turizm şöbəsinin Regional turizmin idarə edilməsi sektorunun müdiri
Elgün Cavadov Ağdam rayonunda “İşğaldan azad olunmuş ərazilərdə turizmin
bərpası və inkişafı” mövzusunda keçirilən elmi-praktiki konfransda bildirib.

Onun sözlərinə görə, bununla bağlı konseptual layihə icra olunur:

“Burada əsas məqsədimiz Zəfər yolu üzərində infrastruktur yaratmaqdır. Orada
turistlərin dayanma, dincəlmə müddətlərini müəyyənləşdirmək, iaşə obyektlərinin
yaradılması nəzərdə tutulub”.

O qeyd edib ki, növbəti illərdə bu turizm marşrutu üzrə işlərin aparılması
gözlənilir.

İlhamə Əbülfət

Source link