6b284f0a-f052-4296-953e-a5faf51da46e..jpg

Şuşaya köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 432 dəfə baxılıb.

Şuşaya köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şuşa şəhərinə yeni köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat
mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin və Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəliyi iştirak ediblər.

Köçürülən ailələr Şuşada yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Daha çox foto burada: PhotoStock.az

13:31

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan köç karvanı Şuşa şəhərinə çatıb.

“Report” xəbər verir ki, Şuşada sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Şuşaya 38 ailə – 136 nəfər köçürülür. Bugünkü köç
də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 58 ailə (224 nəfər) köçürülüb.

06:30

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç
karvanı yola salınıb.

Cixisyolu.com xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 14-də Bakı şəhərinin
Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Şuşa şəhərinə 38 ailə – 136 nəfər köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən
sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan
yaranıb. Doğma yurda qayıdan Şuşa şəhər sakinləri hərtərəfli dövlət qayğısı ilə
əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan
qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 58 ailənin, yəni 224 nəfərin daimi
məskunlaşması təmin edilib.
Daha çox foto burada: PhotoStock.az
Aytac Qasımova


Source link