“Susqun” iştirakçı “Maşın şou”nu tərk etdi

“Susqun” iştirakçı “Maşın şou”nu tərk etdi

Baxış sayı: 4. 459 dəfə baxılıb.

“Susqun” iştirakçı “Maşın şou”nu tərk etdi

Daha bir iştirakçı “Maşın şou. Hind kinosu”nu tərk etdi.

ÇıxışYolu.Com xəbər verdiyi kimi, bu gün şoudan çıxmağa namizəd müğənni Samir Cavadzadə idi.

Şou davam etdiyi müddətdə danışmayan S. Cavadzadə rəqibinin adını açıqlamadı.

“Maşın şou”nun aparıcı xəbərdarlıq edirdi ki, qapalılıq iştirakçıya baha başa gələ bilər. Nəticədə belə də oldu. Tamaşaçıların 60,20 faizi Samiri şouda görmək istəmədi.

“Lazımı səs yığa bilməyəcəyimə hazır idim”, – deyə Samir vurğuladı.

Bununla da “Maşın şou. Hind kinosu”nda 7 iştirakçı qaldı.

Xatırladaq ki, finaladək yalnız üç iştirakçı qalmalıdır.

Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini ÇıxışYolu.Com və Baku.TV verir.

Cavid Osmanov
FOTO: Musa Vladimir

www.ÇıxışYolu.Com