Ötən sutka ərzində ətraf ölkələrdən 900-dən çox qaçqın Suriyaya qayıdıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiyadakı müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin açıqladığı bülletendə deyilir.
“Ötən sutka ərzində xarici dövlətlərin ərazisindən Suriyaya 927 qaçqın geri dönüb. Belə ki, Livanın “Jaydet Yabus”, “Tell-Kalah” keçid məntəqələrindən ümumilikdə 398 nəfər (120 – qadın, 203 – uşaq) , İordaniyanın “Nasib” keçid məntəqəsindən isə ümumilikdə 529 nəfər (qadın – 159, uşaq – 270) Suriyaya geri dönüb”, – deyə bülletendə qeyd olunub.
ndan əlavə sutka ərzində mütəxəssislər 2,4 hektar ərazidə təmizlik işləri aparıblar, 45 partlayıcı obyekt aşkarlanaraq məhv edilib.