2e0206f1-e4e3-4478-9346-4fa42f461a84..jpg

Şüvəlanda hərbi sursatlar aşkarlanıb – FOTO/VİDEO

Baxış sayı: 435 dəfə baxılıb.

Şüvəlanda hərbi sursatlar aşkarlanıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində hərbi sursatların aşkar
edilməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-nin Mətbuat Xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX)
minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik
tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş
sursatların döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası, bir ədəd UZRQM
partladıcısı və 10 ədəd 9mm-lik mərmi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı
təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Source link