Suyu anomal materiyaya çevirdilər

Suyu anomal materiyaya çevirdilər

Baxış sayı: 2. 476 dəfə baxılıb.

Bristol universitetinin  (Britaniya) alimləri  və Tokyo universitetindən olan tədqiqatçılarla birgə soyuyan və donan zaman suda anomal xassələrin yaranmasının səbəbini izah edib.

ÇıxışYolu.Com “Science Alert” jurnalına istinadən xəbər verir ki, alimlər bunun üçün kompüter modelləşdirilməsi vasitəsilə H2O-nun molekulyar strukturunda dəyişiklik aparıb.

Adətən temperatur aşağı düşdükdə mayenin sıxlığı artır.  Ancaq maksimal sıxlıq mənfi dörd dərəcədə əldə olunur. Temperatur yenidən bu nöqtədən aşağı düşdükdə, sıxlıq azalır və nəticədə buz su hövzəsinin səthində üzməyə başlayır.

Bundan savayı suyun səthi yüksək dartılma qabiliyyətinə malik olur və bu xüsusiyyətinə görə yalnız civəni geridə qoyur.  Su eyni zamanda yüksək qaynama temperaturuna malikdir və  yaxşı həlledicidir.

Fizikləri bu xüsusiyyətləri su molekulları arasında hidrogen rabitələrinin olması ilə izah edir. Molekullar bir-biri ilə birləşərək bir növ tetraedr (üçbucaqlı piramida) şəklini alır.

Alimlər suyun molekulyar strukturunun müxtəlif modellərini yaratmaq məqsədilə super-kompüterdən istifadə edib. Onlar molekulları tetraedrik mövqedə olan maddələrin fiziki xassələrinin təsviri üçün tətbiq olunan (Stillinger-Veber potensialı adlandırılan ) “λ”parametrlərini variasiya edib.

Tədqiqatçılar potensialdakı dəyişikliklərin maddənin sıxlığına  və atomlar arasında kimyəvi rabitələrin sayına necə təsir göstərdiyini izləyib.  Bu hansı “λ” göstəricilərində suyun anomal xassələrinin ortaya çıxdığını hesablamağa imkan verib. 

Məlum olub ki, Stillinqer-Veber potensialı gücləndikdə, suyun sıxlıqla əlaqəli anomal xassələri zəifləyib. Nəticədə maksimal sıxlıq maye-buz keçid fazasına uyğun dəyişib və suyun sərt forması üzmə qabiliyyətini itirib.

.
www.ÇıxışYolu.Com