“Şvabenin Azərbaycana qarşı nifrəti sahiblərindən aldığı sifarişlə bağlıdır” –
RƏY
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Almaniyanın AŞPA-dakı sosialist qrupunun rəhbəri Frank Şvabenin Azərbaycana
qarşı nifrəti Avropanın maraqları yox, onun şəxsi maraqları ilə bağlıdır”.
Bu sözləri “Report”a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin
üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Almaniyanın
AŞPA-dakı sosialist qrupunun rəhbəri Frank Şvabenin ölkəmiz əleyhinə
səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Frank Şvabeni Almaniyada yaxşı tanıyırlar:
“Çünki alman mediası davamlı olaraq onun korrupsiyaya bulaşması və başqa
ölkələrin maraqlarına xidmət etməsi barədə yazır. Onun Azərbaycana qarşı
nifrəti Avropanın deyil, onun şəxsi maraqlarından irəli gəlir və sahiblərindən
aldığı sifarişlə bağlıdır. Belə adamlar bu cür nifrət dolu açıqlamaları ilə
Avropa və Almaniyanın dəyərlərinə zidd olaraq sahiblərinin könlünü xoş etmək
istəyirlər”.
Milli Məclisin üzvü əlavə edib ki, Şvabenin rəhbəri olduğu, ancaq xarici
ölkənin nümayəndələrinə məxsus futbol klubundan öz şəxsi mənafeyi üçün istifadə
etdiyi, bu klub vasitəsilə maliyyə fırıldaqlarına yol verdiyi barədə Almaniya
mediasında dəfələrlə məlumatlar dərc edilib:
“Sadəcə, hakim partiyanın üzvü olduğuna görə, onunla bağlı istintaq
yekunlaşmır”.
“Şvabe həmişə olduğu kimi bu dəfə də öz sözünü yox, sifariş aldığı
sahiblərinin sözünü deyir”, – deyə A.Mollazadə əlavə edib.