d34cecb5-1285-46bb-97fa-8d67cc8e5e62..jpg

Şvartseneggerin vurduğu velosipedçi qadından gözlənilməz addım – FOTO

Baxış sayı: 363 dəfə baxılıb.

Şvartseneggerin vurduğu velosipedçi qadından gözlənilməz addım – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzu, amerikalı aktyor Arnold Şvartseneggerin vurduğu velosipedçi
qadın məhkəməyə müraciət edib və qəzaya görə təzminat tələb edib.

Bu aktyor üçün gözlənilməz olub. Belə ki, əslində Coan Flikincer adlı
velosipedçi aktyorun avtomobil idarə etdiyi zolağa çıxıb. Aktyor sadəcə əyləci
basmağa fürsət tapmayıb və qəza baş verib.

Buna baxmayaraq, qadın toqquşmada Hollivud ulduzunun günahkar olduğunu iddia
edir.

“Toqquşmada Arnold günahkardır. O, avtomobilini həddindən artıq sürətlə idarə
edib və diqqətli olmayıb”, – deyə iddiaçı bildirib.

Velosipedçi qəza nəticəsində ağır bədən xəsarətləri aldığını da vurğulayıb.

Qeyd edək ki, qəza bu ilin fevralında baş
verib. Həmin vaxt qadının yüngül xəsarətlərlə xəstəxanaya aparıldığı bildirilib.

Mənbə: TMZ

Source link