aa441f25-afca-4693-b5a4-e2c0d7ca1f39..jpg

Şvartsnegger Ağ Evdə “təzə qan” görmək istədiyini dedi

Baxış sayı: 339 dəfə baxılıb.

Şvartsnegger Ağ Evdə “təzə qan” görmək istədiyini dedi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırkı prezident Co Bayden və onun rəqibi Donald Tramp “mükəmməl deyillər”.

Bu sözləri ABŞ-nin Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsnegger
“Politico” nəşrinə verdiyi müsahibəsində deyib.

Şvartsnegger 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində bu iki
nəfərdən birini seçməli olacaq amerikalıların halına acıdığını qeyd edib.

“Bunun səbəbi odur ki, onlardan heç biri mükəmməl deyil və bunda yaş faktoru
da var… Bizə “təzə qan” lazımdır. Mən həmişə deyirəm ki, bizə yeni nəsil
liderlər lazımdır”, – deyə Arnold Şvartsnegger bildirib.

Qeyd edək ki, 76 yaşlı “Terminator”un özü bu vəzifə üçün yarışmağa hazır olsa
da, ölkə Konstitusiyasının ABŞ-dən kənarda doğulmuş insanların namizədliklərini
irəli sürməsini qadağan edən tələbinə görə bunu edə bilmir.

Belə ki, Şvartsenegger Avstriyada anadan olduğu üçün ABŞ prezidentliyinə
namizəd olmaq hüququna malik deyil.

Şvartsenegger 1968-ci ildə Amerika Birləşmiş Ştatlarına köçüb və 1983-cü ildə
ölkə vətəndaşlığını alıb. 2003-2011-ci illərdə isə o, Kaliforniyanın 38-ci
qubernatoru olub.

Mənbə: KP.ru

Source link