Svazilend kralı ölkəsinin adını dəyişdi

Svazilend kralı ölkəsinin adını dəyişdi

Baxış sayı: 2. 753 dəfə baxılıb.

Svazilend kralı III Msvati ölkənin rəsmi adının Esvatini Krallığına dəyişdirildiyini elan edib.  

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, ölkənin adı müstəqilliyin və kralın 50-ci il dönümü münasibəti ilə dəyişdirilir.

III Msvati bundan əvvəl də, bir neçə dəfə, xüsusilə,  BMT Baş Assambleyasında çıxışı zamanı ölkəsini Esvatini adlandırmışdı.

Monarx qərarını onunla izah edir ki, ölkənin köhnə adını xaricilər tez-tez İsveçrə ilə səhv salır. İngilis dilində tələffüzü zamanı bu iki ölkənin adları bir birinə bənzəyir.

.
www.ÇıxışYolu.Com