Tələbələr üçün yeni "iPad" təqdim olundu

Tələbələr üçün yeni "iPad" təqdim olundu

Baxış sayı: 2. 211 dəfə baxılıb.

“Apple” şirkəti ABŞ-ın Çikaqo şəhərində keçirdiyi prezentasiyada 9,7 düym diaqonal ekranlı  yeni “iPad”i təqdim edib.

ÇıxışYolu.Com “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

Məlumata görə, yeni “iPad”in əvvəlki modellərdən əsas fərqi “Apple Pencil” staylus qələmini dəstəkləməsidir. Bundan əvvəl staylusdan yalnız “iPad Pro” versiyalarında istifadə etmək olurdu.

Planşet məktəblilər və tələbələr üçün nəzərdə tutulub. Onlar üçün yeni “iPad”in güzəştli satış qiyməti 299 dollar təşkil edir.  Adi istifadəçilər isə planşeti 329 dollara əldə edə biləcək.

.
www.ÇıxışYolu.Com