db185e9e-b559-4e93-8260-bb845cf59326..jpg

TƏBİB-dən yeni TƏYİNATLAR

Baxış sayı: 892 dəfə baxılıb.

TƏBİB-dən yeni TƏYİNATLAR

Azərbaycanda bir sıra tibb müəssisələrinə yeni direktorlar təyin edilib.

Bu arədə Cixisyolu.com-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)
məlumat verilib.

Bildirilib ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq
əmrlər imzalayıb.

Əmrlərə əsasən, TƏBİB-in tabeliyindəki bir sıra tibb müəssisələrinə yeni
direktorlar təyin olunub.

Nizami Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-terapevt Eldar Abbasov,
Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-oftalmoloq Aybəniz
Saniyeva, Şabran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə
həkim-radioloq Səxavət Cəbrayılov, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının
direktoru vəzifəsinə həkim-uroloq Samir Allahverdiyev təyin olunublar. Onların
hər biri səhiyyə idarəetməsində uzun müddət təcrübəsi olan tanınmış
mütəxəssislərdir.

Qeyd edək ki, ötən gün Vüqar Qurbanov TƏBİB-də yeni təyinat alan direktorları
qəbul edib.

Source link