5181afde-216c-4783-a631-0a6370ca7e18..jpg

Təbrizdə futbol yarışından sonra güneyli fəallar saxlanılıblar – FOTO

Baxış sayı: 472 dəfə baxılıb.

Təbrizdə futbol yarışından sonra güneyli fəallar saxlanılıblar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Güney Azərbaycanın “Traktor” və Tehranın “Havadar” futbol komandaları
arasında baş tutan qarşılaşmadan sonra üç güneyli fəal tutulub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, güneyli fəallar Səməd Heydəri, Əmin və Əmir Təqizadə Təbrizin
Səhənd stadionundan çıxarkən İran hökumətinin təhlükəsizlik qüvvələri
tərəfindən saxlanılıblar.

Hələlik onların tutulma səbəbi və haraya aparılması bəlli deyil.

Qeyd edək ki, dünən keçirilən futbol yarışında güneyli azarkeşlər milli
şüarlar səsləndiriblər.

Oyunda 4:2 hesabı ilə “Traktor” futbol komandası qələbə qazanıb.

Source link