fcbc87da-8a1d-45f4-81e8-2d5f06a6a52b..jpg

Təbrizdə vəkillər kütləvi etiraz aksiyası keçiriblər – FOTO

Baxış sayı: 561 dəfə baxılıb.

Təbrizdə vəkillər kütləvi etiraz aksiyası keçiriblər – FOTO

Şərqi Azərbaycan əyalətinin Vəkillər Birliyinin bir qrup hüquqşünası İran
parlamentinin son qərarlarına etiraz etmək üçün sentyabrın 13-də Təbriz
şəhərində toplaşıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, hüquqşünaslar “Vəkillər Birliyinin müstəqilliyi millətin əsas
hüquqlarını təmin edir”, “Vəkillər Birliyinin müstəqilliyi = ədalətli məhkəmə
sistemi” kimi plakatlar hazırlayıblar.

Qeyd edək ki, parlamentin yeni qərarına əsasən, vəkillik lisenziyasının
verilməsi hüququ Vəkillər Birliyindən alınaraq İqtisadiyyat və Maliyyə
Nazirliyinin alt qruplarına veriləcək ki, bu da vəkillərin etirazına səbəb olub.

Source link