Təcavüzdə ittiham olunan Dani Alveş zaminə buraxılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İspaniyanın “Barselona” klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani
Alveş azadlığa buraxılıb.
Bu barədə “Marka” nəşri məlumat yayıb.
Keçmiş müdafiəçi yekun qərar çıxarılana qədər həbsdə olmayacaq.
Barselona məhkəməsi son hökm çıxana qədər onun evinə buraxılmasını qərara
alıb. Alveş bunun üçün bir milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Dani Alveş 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına
təcavüz etməkdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edilib.