Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasına məxsus “Mercedes” markalı avtomobil Məlikqasımlı kənd sakini, 1948-ci il təvəllüdlü Nuriyeva Afizə Sayadxan qızını vurub. A.Nuriyeva aldığı xəsarətdən hadisə yerində ölüb.
Məlumata görə, təcili yardım avtomobili xəstə aparırmış.
Faktla bağlı araşdırma aparılır.