f485b5c9-53ff-4e7c-b289-5c79ebaf820a..jpg

“Təfəkkür” Universitetinin prorektorunun qətli ilə bağlı məhkəmə istintaqı yekunlaşıb

Baxış sayı: 619 dəfə baxılıb.

“Təfəkkür” Universitetinin prorektorunun qətli ilə bağlı məhkəmə istintaqı
yekunlaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı
məhkəmə istintaqı yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən
bugünkü iclasda professor müttəhim Müşfiq Atakişiyevin istintaqa verdiyi
ifadəsi elan edilib.

Atakişiyev istintaqdakı ifadəsi məhkəmədəki ifadəsi ilə eynidir. Lakin
professor ona verilmiş ittihamla razı deyil. Deyir ki, ona tamah niyyəti ilə
adam öldürmə ittihamı deyil, qəsdən sağlamlığa ağır xəsarət yetirmə ittihamı
verilməli idi:

“Qadınlar arasındakı qeybətə əsaslanıb mənə ittiham veriblər. Dedi-qodu ilə iş
olar? Mən Tariyelin ölümünü sifariş verməmişəm. Amma 126.3-cü (qəsdən
sağlamlığa ağır xəsarət yetirmə) maddə ilə günahkaram”.

Sənədlərin tədqiqi zamanı məlum olub ki, qətlin təşkilatçısı Dəyanət Quliyev
cinayəti etiraf etmək üçün Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng
edib etiraf etməzdən əvvəl 21 dəfə Müşfiq Atakişiyevə zəng edib. Quliyev həmin
saatda eyni zamanda müxtəlif mərc saytlarına girib. Onun telefonuna baxış
zamanı da bu sübut olunub.

Prokuror Cövdən Mehrəliyev çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Prokurora
martın 27-ə kimi vaxt verilib.

Qeyd edək ki, hadisə 2011-ci ildə baş verib. İttihama görə, həmin vaxt
“Təfəkkür” Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab
etdiyi prorektor Tariel Əhmədovun qətlini sifariş verib. Sifarişin təşkilatçısı
bacısı oğlu Dəyanət Quliyev, icraçısı isə D.Quliyevin qonşusu Samir Quliyev
olub.

Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam
öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Source link