71d877bc-73bc-4035-81ec-a7a7a222f799..jpg

“Təhminə”ni çəkəndə infarkt keçirdi, filminə əngəl oldular, son arzusu siqaret idi – VİDEO

Baxış sayı: 473 dəfə baxılıb.

“Təhminə”ni çəkəndə infarkt keçirdi, filminə əngəl oldular, son arzusu siqaret
idi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-də Xalq artisti, kinorejissor Rasim Ocaqova həsr olunan veriliş
yayımlanıb.

Verilişdə kinoşünas Aydın Kazımzadə, operator Rəfail Qəmbərov, Xalq artisti
Hacı İsmayılov və digər tanınmış şəxslər Rasim Ocaqovla bağlı xatirələrini
bölüşüblər.

Kinoşünas Aydın Kazımzadə bildirib ki, R.Ocaqov operator sənətinə vurğun olsa
da, daha sonra rejissor olmaq qərarına gəlib:

“Rasim rejissor olmaq istəyəndə, Adil İsgəndərov ona icazə vermədi. Dedi ki,
get diplom gətir. Ona görə də R.Ocaqov İncəsənət Universitetini oxuyub.
Diplomunu A.İsgəndərova təqdim edəndən sonra yarımçıq qalan “Qatır Məmməd”
filmi ona həvalə edilib. Bu film R.Ocaqovun kinoda ilk işi olub”.

Operator R.Qəmbərov “Ad günü” filminin quruluşçu operatoru ola bilmədiyi üçün
məyus olduğunu deyib:

“Rasim bəy bu filmə məni dəvət edəndə Ağstafada başqa film çəkilişində idim.
Ağstafadakı çəkilişlər uzandığı üçün “Ad günü” filmi mənə qismət olmadı”.

Xalq artisti Hacı İsmayılov aktyorluq həyatının necə başladığından danışıb:

“O vaxtlar kinostudiyada filmləri səsləndirirdim. R.Ocaqov “Ad günü” filminə
məni dəvət etdi. Ağlıma gəlməzdi ki, kimsə məni filmə dəvət edər. R.Ocaqov
dünyasına daxil olmasaydım, həyatım, yaradıcılığım tamamilə başqa cür ola
bilərdi”.

Daha ətraflı süjetdə:


Source link