1261726d-9b3c-4456-b2b8-b5af4d54bc51..jpg

“Təhminə”ni səsləndirən Əməkdar artist: “Mənə xəbərdarlıq etdi ki, özünü itirmə, söyüş söyməlisən”

Baxış sayı: 460 dəfə baxılıb.

“Təhminə”ni səsləndirən Əməkdar artist: “Mənə xəbərdarlıq etdi ki, özünü
itirmə, söyüş söyməlisən”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təhminə” filmi həyatımda ikinci bir ajiotaj, səs-küy yaratdı. Rasim Ocaqov
Təhminəni səsləndirməyə məni özü dəvət etdi. Biz işləməyə başlayanda mənə
xəbərdarlıq etdi ki, bax, burada elə səhnələr var ki, özünü itirmə, söyüş
söyməlisən, bu, roldur, bunu demək lazımdır”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Nəcibə Hüseynova deyib.

O daha sonra bildirib ki, uzun müddət tamaşaçılar bu səsin kimə məxsus
olduğunu bilməyiblər.

“Heç kim bilmirdi ki, Meral Konratı kim səsləndirib. Mən də buna çox sakit,
səsləndirdiyim filmlərdən biri kimi yanaşmışam. Amma sonra radioda
verilişlərdən birinə məni dəvət etdilər. Aparıcı Zaur Kamal idi. Arada
fasilələrdə anons verirdi ki, çox maraqlı açıqlamalar olacaq, bizdən
ayrılmayın. Mən də fikir vermirdim ki, nədən danışır. Birdən-birə dedi ki, bu
gün biz bir sirrin üstünü açacağıq. Növbəti anons vaxtı dedi ki, Təhminə rolunu
səsləndirən Nəcibə xanım qonağımızdır. Mən efir vaxtı şoka düşdüm ki, bu necə
bilir? Mən hələ də bilmirəm ki, o bu xəbəri haradan öyrənmişdi? Bunu radioda
elan edəndən sonra kim verilişə qulaq asmışdısa hamı bildi. Amma indiyə qədər
bilməyənlər də var”, – deyə aktrisa söyləyib.

Qeyd edək ki, “Təhminə” filmi 1993-cü ildə çəkilib.

Source link