Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasının gündəliyinə üç məsələ daxil edilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bunlar Əmək Məcəlləsinə, “Təhsil haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihələri və üçüncü oxunuşda olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsidir.
Qeyd edək ki, Əmək Məcəlləsi ilə təhsil qanununa edilməsi nəzərdə tutulan dəyişikliklər əsasən sertifikasiya, sertifikasiyaya cəlb edilmə ilə bağlıdır.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com