2118d2c3-da51-4c9a-b3da-82910d040441..jpg

Təhsil İdarəsi: “Samuxda direktor müəllimə qarşı hər hansı güc tətbiq etməyib”

Baxış sayı: 336 dəfə baxılıb.

Təhsil İdarəsi: “Samuxda direktor müəllimə qarşı hər hansı güc tətbiq etməyib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbdə direktorun müəllimi
döyməsinə dair yayılan məlumatlarla bağlı müvafiq komissiya yaradılıb.

Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, komissiyanın tərkibinə Təhsil İdarəsinin hüquqşünası, Gəncə
şəhəri və Samux rayonu üzrə təhsil sektorlarının tabeliyində fəaliyyət göstərən
ümumtəhsil məktəblərinin psixoloqları və digər əməkdaşlar daxil edilib.

Komissiya üzvləri məktəbin direktoru və şikayətçi müəllimin, şahid qismində
isə direktor müavininin izahatlarını alıblar.

Araşdırma zamanı məlum olub ki, direktor müəllimə qarşı hər hansı bir güc
tətbiq etməyib, ondan şəxsiyyət vəsiqəsini istəyib və müəllim imtina etdikdən
sonra mübahisə baş verib. Belə olduqda isə direktor sinif otağını tərk edib.

Məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Source link