Təhsil müəssisələrinin qarşısında parklanma üçün tələbələrə güzəşt tətbiq
edilə bilərmi? – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Paytaxtın parklanma üzrə zonalara bölünməsindən sonra təyin olunan rüsumlarla
bağlı müxtəlif aspektlər müzakirə mənbəyi oldu.
Bunlardan biri də tələbələr üçün parklanma məsələsində, xüsusilə ali təhsil
müəssisələrinin qarşısında salınan parklanma yerlərində, güzəştlərin
edilməsidir.
Cixisyolu.com xəbər verir ki, paytaxtın əsas, mərkəzi küçələrində parklanma
qiymətləri hər saat üçün 1 manatdan hesablanır. Tələbələr gün ərzində
altı-səkkiz saat dərsdə olduqlarını bildirir və parklanma üçün gündəlik 6-8
manat ödənişin onların büdcəsinə ciddi ziyan vurduğunu qeyd edirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Cixisyolu.com-ın sorğusuna cavab
olaraq bildirilib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə
yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda
qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar
üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər:
“Eyni zamanda, bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti
qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə
əsasən, ödənişli parklanma ilə bağlı təhsil müəssisələrinə münasibətdə və digər
hallarda imtiyazlar nəzərdə tutulmayıb”.
Könül Cəfərli