b90ba443-dd63-4eb3-bd25-e52837faa291..jpg

Təhsil müəssisəsində külli miqdarda mənimsəmə: Cinayət işi başlanıldı

Baxış sayı: 654 dəfə baxılıb.

Təhsil müəssisəsində külli miqdarda mənimsəmə: Cinayət işi başlanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər Səid Rüstəmov adına
3 nömrəli Uşaq İncəsənət məktəbində yol verilən qanunsuzluqlarla bağlı müraciət
əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri
tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan
müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən
tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil
edilməsi və əsassız olaraq əməkhaqqı ödənilməsi yolu ilə 188 min manatdan artıq
pul vəsaitinin mənimsənilməsi və əsassız şəhadətnamələr verməklə vəzifə
saxtakarlığı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2
(külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə
cinayət işi başlanaraq istintaq aparılır.

Source link