13ff8c27-282b-473e-ad41-746c05a64981..jpg

Təhsil Nazirliyindən Musa Qasımlının qurum barədə dediyi fikirlərə MÜNASİBƏT

Baxış sayı: 1. 114 dəfə baxılıb.

Təhsil Nazirliyindən Musa Qasımlının qurum barədə dediyi fikirlərə MÜNASİBƏT

Təhsil Nazirliyi Milli Meclisin bugünkü iclasında Musa Qasımlının qurum
haqqında dediyi fikirlərə münasibət bildirib.

Cixisyolu.com xəbər verir ki, deputat çıxışında Yardımlı rayonundakı məktəbin
tikintisi barədə iddialar irəli sürüb.

Həmin iddialara Təhsil Nazirliyi cavab verib:

“Təəssüf edirik ki, deputat Musa Qasımlı Yardımlı rayonu Solqard ibtidai
məktəbi barədə qeyri-düzgün və dəqiqləşdirilməmiş məlumatlara istinad edərək
yalnış təəssürat yaradıb.

Bildiririk ki, sözügedən məktəb 1998-ci ildən fəaliyyətə başlayıb və 2014-cü
ildə yerli icra hakimiyyətinin sifarişi ilə podratçı təşkilat “Reyhan MMC”
tərəfindən yenidən inşa edilib. 80 şagird yerlik məktəbdə 14 sinif otağı
mövcuddur. Məktəbin fəaliyyət göstərdiyi illərdə burada illər üzrə 4-5 şagird
təhsil alıb.

Məktəbdə şagird olmadığı üçün ötən tədris ilində fəaliyyətini müvəqqəti
dayandırıb”, – deyə qurumdan bildirilib.

İlhamə Əbülfət

Source link