5200e7d8-cabb-466d-85cc-5daa1d225a36..jpg

Təhsil xərcləri artırılır

Baxış sayı: 407 dəfə baxılıb.

Təhsil xərcləri artırılır

Gələn il proqnozlaşdırılan təhsil xərcləri açıqlanıb.

APA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin
dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində
bildirilib.

Sənəddə qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən təhsil bölməsi üzrə 102
tədbiri əhatə edən 10 proqramın həyata keçirilməsi üçün 4 milyard 549,9 milyon
manat (xüsusi çəkisi 12,5 faiz) məbləğində vəsaitin yönələcəyi
proqnozlaşdırılıb.

Xatırladaq ki, 2023-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4 407 164 329
manat proqnozlaşdırılıb. Beləliklə, gələn il üçün təhsil xərcləri artırılır.

Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsi xərcləri 36 milyard 355 milyon
manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılır.

Source link