8bd9cf40-649d-4287-9cc0-49623c1d3ae7..jpg

“Təkan” layihəsinin təqdimat mərasimi keçirilib – FOTO/VİDEO

Baxış sayı: 975 dəfə baxılıb.

“Təkan” layihəsinin təqdimat mərasimi keçirilib – FOTO/VİDEO

Yanvar ayının 17-də Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyinin (GİN) də tərəfdaşı olduğu “Təkan”
layihəsinin təqdimat mərasimini keçirib. Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyev yanvarın 9-da keçirilən 2022-ci ilin idman yekunlarına həsr
olunan mərasimdə idmanın kütləviliyinin artırılması və daha da inkişaf
etdirilməsinə dair tapşırıqlarını verib. Bu layihənin təqdimatı həmin
tapşırıqların icrasınının təmin edilməsini özündə ehtiva edir.

Mərasim zamanı ötən il beynəlxalq arenalarda qazanılan uğurlar, istifadəyə
verilən zallar, həmçinin bölgələrdə görülən işlər barədə məlumat verilib. Qeyd
olunub ki, federasiyanın təşəbbüsü ilə Azərbaycan ağır atletikasında
kütləviliyin təmin olunması məqsədi ilə regionlarda qısa müddətdə yeni klublar
yaradılıb, ölkə səviyyəli müxtəlif yarışlar təşkil edilib. Əlavə olunub ki,
prosesin daha sürətli və güclü olması üçün ictimaiyyətin idmana dəstəyi
gərəkdir. Məhz bu səbəbdən federasiya “Təkan” platformasını istifadəyə verib.
Onun vasitəsi ilə istənilən şəxs seçdiyi istənilən kluba ianə edə biləcək,
fəaliyyətinə dəstək verəcək. Bunun üçün www.tekan.az saytına daxil olmaq
yetərlidir. Rahat interfeysi olan platforma ilə hər kəs qısa müddətdə öz
dəstəyini vermək imkanı qazanacaq.

Tədbirdə Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov çıxış
edərək, yeni platformanın regionlarda həm ağır atletika, həm də ümumilikdə
idmanın inkişafına böyük təkan rolunu oynayacağını bildirib. Nazir hər kəsi bu
layihəyə qoşulmağa, Azərbaycanın gələcək uğurlarında yaxından iştirak etməyə
dəvət edib.

Mərasimdə 2022-ci il ərzində beynəlxalq yarışlarda iştirak edən və uğur
qazanan ağırlıqqaldıranların təmsil etdikləri klubların rəhbər şəxsləri
mükafatlandırılıb, onlara xüsusi plaketlər təqdim edilib. Tədbir bədii hissə
ilə yekunlaşıb.


Source link