Abşeronda həyat yoldaşı ilə qızını qətlə yetirməkdə təqsirləndirilən Qobu
qəsəbə sakini Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Cixisyolu.com-ın məlumatına görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin
Hüseynlinin sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilənə hökm oxunaraq
ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dəhşətli hadisə 2023-cü ilin iyununda Abşeron rayonunun Qobu
qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Qobu qəsəbə sakini Fərid Hüseynli
ailə münaqişəsi zəminində həyat yoldaşı 2003-cü il təvəllüdlü Leyla Hüseynliyə
və onun 8 aylıq körpəsinə ağır xəsarətlər yetirərək onları qətlə yetirməkdə
təqsirləndirilib. Ona qarşı cinayət məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu
(xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi
öldürmə) maddələri ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.
Xatırladaq ki, Leyla Hüseynli Bakı Dövlət Universitetinin Biologiya
fakültəsinin 3-cü kurs tələbəsi olub.
Elgün Həsənli