fb8771f7-d6da-4f52-92b5-421500154228..jpg

Tələbə bacısını boğaraq öldürən şəxsin məhkəməsi başlayır

Baxış sayı: 563 dəfə baxılıb.

Tələbə bacısını boğaraq öldürən şəxsin məhkəməsi başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bacısını qətlə yetirməkdə təqsirləndirilən Həsən Kərimovun cinayət işi
üzrə ibtidai istintaq yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır
Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Telman Hüseynovun
icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik
açıqlanmayıb.

Qeyd edək ki, 2023-cü il oktyabrın 12-də saat 23 radələrində 2003-cü il
təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna
məlumat daxil olub. Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən
birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq
qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi Rayon
Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə
cinayət işi başlanılıb, Həsən Kərimov şübhəli şəxs qismində tutulub.

Xatırladaq ki, İlahə Kərimova ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji
Kollecinin tələbəsi olub. O, kollecin Peşə təlimi şöbəsinin Geyimlərin
modelləşdirilməsi və konstruksiya edilməsi ixtisası üzrə təhsil alıb.

Source link