b1e076d0-2b03-4d5b-b513-8ce294c6cf99..jpg

Tələbə yataqxanalarında hazırda qiymətlər necədir? – VİDEO

Baxış sayı: 523 dəfə baxılıb.

Tələbə yataqxanalarında hazırda qiymətlər necədir? – VİDEO

Yeni tədris ilinin başlanmasına çox az bir müddət qalması universitet
tələbələrinin ev məsələsini yenidən gündəmə gətirib.

Xezerxeber.az xəbər verir ki, ixtisas seçiminin nəticələri açıqlanan kimi
tələbələr paytaxtda münasib qiymətə ev axtarışına çıxıblar.

Yataqxanaların qiymətləri şəraitinə görə, bir-birilərindən fərqlənir.

Məsələn, Bakı Dövlət Universitetinin beş mərtəbəli, 220 yerlik “Tələbə evi”ndə
bir nəfərin aylıq ödədiyi qiymət 75 manatdır. Azərbaycan Memarlıq və İnşaat
Universitetinin tələbə şəhərciyinin aylıq qiyməti isə 60 manatdır.

Azərbaycan Tibb Universitetinin isə dörd yataqxanası mövcuddur. Yataqxanalar
oğlan-qız və xarici tələbələr üçün ayrı-ayrılıqda bölünüb. Ümumi tutumu 968
nəfər olan yataqxananın aylıq ödənişi 50-80 manat arasında dəyişir.

Özəl ali məktəblərin yataqxanaları qiymətləri ilə də maraqlandıq. Bakı
Avrasiya Universitetinin yeni inşa edilmiş yataqxanasının aylıq ödənişi isə
120-150-170 manat arasında dəyişir.

Yataqxanalarda şəhid və qazi övladlarına, valideynlərini itirmiş və sosial
həssas qrupa aid şəxslərə xüsusi güzəştlər edilir.

Ətraflı süjetdə:


Source link