Ölkə prezidenti İlham Əliyevin son sərəncamları ilə kənd təsərrüfatı naziri təyin olunan İnam Kərimovla əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilən Sahil Babayev həm də tələbə yoldaşı olublar.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə millət vəkili, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (AMDP) sədri Elşən Musayev öz Facebook statusunda yazıb:
“Tələbə yoldaşlarım İnam Kərimov və Sahil Babayev, Milli Məclisdə komitə yoldaşım, əzizimiz Rövşən Rzayev yeni hökumətin tərkibində yer alıblar!
Hər biri ilə qürur duyuram və onlara gələcək fəaliyyətlərində bol-bol uğurlar arzu edirəm…” – deyə, o, sonra yazıb.
Qeyd edək ki, hər 3 şəxs 1995-2002-ci illərdə BDU-nun beynəlxalq hüquq fakültəsində təhsil alıblar.
Kamil HƏMZƏOĞLU