71424b6f-b922-4f22-9b2a-5db51737d45f..jpg

Təl-Əvivdə güclü iğtişaşlar baş qaldırdı: İsrailli əsirlərin yaxınları paytaxtı “yandırdılar” – VİDEO

Baxış sayı: 563 dəfə baxılıb.

Təl-Əvivdə güclü iğtişaşlar baş qaldırdı: İsrailli əsirlərin yaxınları
paytaxtı “yandırdılar” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin Baş naziri Benyamin Netanyahu və hökumətinə etiraz edən Qəzza
zolağındakı israilli əsirlərin yaxınları paytaxt Təl-Əvivdə Müdafiə
Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Baş verənlər İsrailin dövlət televiziyası KAN-da yayımlanıb.

Qəzza zolağındakı israilli əsirlərin yaxınları, onların tərəfdarları və baş
nazir Benyamin Netanyahu hökumətinin əleyhdarları olan minlərlə insan
Təl-Əvivdə Müdafiə Nazirliyinin qarşısına toplaşıb. Etirazçılar hökumətdən
atəşkəs və əsir mübadiləsi ilə bağlı razılaşmanın əldə olunmasını tələb ediblər.

“Rifah gözləyə bilər, əsirlər gözləyə bilməz”, – deyə etirazçılar yazılı
pankart qaldırıblar. Nümayişçilər Müdafiə Nazirliyinin qarşısında ocaq
qalayıblar.

İsrail bayraqları ilə birlikdə üzərində “İndi razılaşma” və “Onlara (əsirlərə)
xəyanət etdilər” pankartları daşıyan nümayişçilər Qəzzada saxlanılan israilli
əsirlərlə bağlı indiyə qədər razılaşmaya nail olmayan Təl-Əviv rəhbərliyinə
etirazlarını ifadə ediblər.

Təl-Əvivin şimalına doğru yürüş etmək istəyən nümayişçilər ilə yolu bağlayan
polis arasında insident yaşanıb. İsrail polisi nümayişlərə süvari birlikləri və
TOMA-larla müdaxilə edib və ən azı üç nəfər saxlanılıb.

Nümayişçilər Netanyahunun hakim “Likud” partiyasının qərargahına doğru yürüş
edib. Bəzi nümayişçilər partiya binasının üzərinə “Bibi (Netanyahu) qatildir”
və “Bibi cinayətkardır” sözlərini yazıblar.

Qeyd edək ki, Benyamin Netanyahu İsrail və beynəlxalq ictimaiyyət tərəfindən
siyasi səbəblərə görə HƏMAS-la əsir mübadiləsi üzrə sazişi imzalamamaqda
ittiham olunur.

Mənbə: TRT Haber


Source link