Silahlı Qüvvələrin keçirdiyi təlimlərin rəhbərinin qərarına əsasən, qoşunlar döyüş təyinatı rayonlarına çıxarılma üzrə gecə vaxtı tapşırıqları yerinə yetirib.
Bu barədə ÇıxışYolu.Com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qüvvələr vaxt, marşrut, tapşırıqlar üzrə gecə və məhdud görüntü şəraitində kombinə üsulu ilə yürüş icra ediblər.