Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
Bu barədə ÇıxışYolu.Com-a Müdafiə Nazirliyindən məlumat verilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 18-də Füzuli rayonu ərazisində yerləşən təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.