51a159f7-c227-4666-ada1-a2f718c45667..jpg

Təmkin Xəlilzadə: “Böyük futboldan normal təklif olsa, dəyərləndirəcəyəm”

Baxış sayı: 564 dəfə baxılıb.

Təmkin Xəlilzadə: “Böyük futboldan normal təklif olsa, dəyərləndirəcəyəm”

“Böyük futboldan normal təklif olsa, dəyərləndirəcəyəm”.

“Report” xəbər verir ki, bunu Azərbaycanı minifutbol üzrə UEFA Çempionlar
Liqasında təmsil edəcək “Birbaşa Bakı”nın futbolçusu Təmkin Xəlilzadə yarışdan
əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

O, karyerasını bitirmədiyini söyləyib:

“Son olaraq “Zirə”də çıxış etmişəm. Baş məşqçi Rəşad Sadıqovla görüşdük və
halallaşdıq. Premyer Liqa və ölkə xaricindən təkliflər var idi. Lakin ortaq
məxrəcə gələ bilmədik. Minifutbolda oynamağı səbirsizliklə gözləyirəm”.

Xəlilzadə turnirin maraqlı alınacağını vurğulayıb:

“Ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Məşqlərimiz davam edir və yaxşı
hazırlaşırıq”.

Qeyd edək ki, “Birbaşa Bakı” C qrupunda “Prestij” (Albaniya), “Volta”
(Moldova) və “Maqufana” (Yunanıstan) ilə qarşılaşacaq.

Source link